Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər Nazirliyi İrlandiya Prezidentinin təsdiqindən sonra İsrailin işğal altındakı Fələstin torpaqlarında qurduğu məskunlaşmalardan idxal olunan məhsulların qadağan edilməsinə dair qanunun qüvvəyə minməsini alqışlayıb.

Nazirlik bildirib ki, bu qərar beynəlxalq hüquqa və beynəlxalq ədalət prinsiplərinə sadiqliyin göstəricisidir və qadağa məskunlaşma fəaliyyətinə verilən iqtisadi dəstəyin məhdudlaşdırılmasına töhfə verəcək.

Bəyanatda bütün ölkələr və parlamentlər oxşar tədbirlər görməyə çağırılıb, qanunsuz hesab edilən məskunlaşmalarla əlaqəli iqtisadi və ticarət fəaliyyətlərinə qarşı sanksiyaların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp