Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Finlandiya Prezidenti Aleksandr Stubb Atalar Günü münasibətilə yayımladığı mesajda atasını təbrik edərək ailəsinin onunla fəxr etdiyini və ona minnətdarlığını ifadə edib.

Stubb dünən atası ilə birlikdə buz xokkeyi oyununda vaxt keçirdiklərini, bu gün isə Atalar Günü münasibətilə naharda bir araya gəldiklərini bildirib. O, həmçinin Finlandiya Buz Xokkeyi Federasiyası tərəfindən verilən xidmətlərinə görə fərqlənmə nişanına layiq görülməsi münasibətilə atasını təbrik edib.

Atasını dünyanın ən yaxşı atası adlandıran Stubb ailəsinin onunla vaxt keçirməkdən xoşbəxt olduğunu və onunla fəxr etdiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp