Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın Zəfər Gününün altıncı ildönümü münasibətilə yayımladığı mesajda Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Şərif 8 Noyabrın Azərbaycan xalqının cəsarətini, qətiyyətini və fədakarlığını təcəssüm etdirən tarixi gün olduğunu bildirərək ölkənin təxminən 30 ildən sonra ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Şərif həmçinin qələbənin əldə olunması uğrunda həyatını itirənlərin xatirəsini yad edib.

Pakistanın keçmişdə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Şərif iki ölkə arasındakı güclü əlaqələrə diqqət çəkib. O, həmçinin Cənubi Qafqazda davamlı sülhün və ortaq rifahın təmin olunmasını arzulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp