Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ghebreyesus vurğulayıb ki, bu cür vergilər ölkələrin xarici yardımdan asılılığını azaldır və dayanıqlı, özünüyetərli səhiyyə sistemlərinə keçidi dəstəkləyir. O, Filippinləri nümunə göstərərək, 2013-cü ildə tütün və alkoqol məhsulları üzrə aparılan vergi islahatının gəlirləri beş dəfə artırdığını və əldə olunan vəsait hesabına 15 milyondan çox ailənin milli səhiyyə sığortası ilə əhatə olunduğunu qeyd edib.

ÜST məlumatlarına görə, 2024-cü ilin iyul ayına olan vəziyyətə əsasən, dünyada ən azı 183 ölkədə tütün məhsullarına, 167 ölkədə alkoqollu içkilərə və 116 ölkədə şəkərli içkilərə aksiz vergisi tətbiq olunur.

Ghebreyesus həmçinin bildirib ki, ÜST alkoqol və şəkərli içkilər üzrə vergilərə dair qlobal qiymətləndirmələri əhatə edən iki yeni hesabat dərc edib və ictimai sağlamlığın qorunması məqsədilə daha çox ölkəyə sağlamlıq vergilərinin hazırlanması və tətbiqi üçün dəstək verməyə davam edəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp