Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Heqset açıqlayıb ki, Prezident Donald Trampın əmri ilə “Operation Epic Fury” adlanan tarixin ən ölümcül, ən mürəkkəb və ən dəqiq genişmiqyaslı hava əməliyyatı başladılıb.

İranın razılaşma fürsətini rədd etdiyini iddia edən Heqset deyib: “İndi bunun nəticələrinə qatlaşırlar. İran təxminən əlli ildir amerikalıları hədəfə alıb və öldürüb və radikal məqsədlərini irəli aparmaq üçün həmişə dünyanın ən güclü silahlarını axtarıb. Dünən gecə, indiyə qədər heç bir prezidentin etmədiyi şəkildə, Prezident Tramp bu ‘xərçənglə’ mübarizəyə başladı.”

ABŞ-ın raket təhdidlərinə dözməyəcəyini vurğulayan Heqset bildirib: “Amerika xalqını hədəf alan güclü raketləri qəbul etməyəcəyik. Bu raketlər İranın raket istehsalı ilə birlikdə məhv ediləcək. İran donanması məhv ediləcək. Və Prezident Trampın ömrü boyu dediyi kimi, İran heç vaxt nüvə silahına sahib olmayacaq.”

Bu münaqişəni ABŞ-ın başlamadığını, lakin onların bitirəcəyini qeyd edən Heqset əlavə edib: “Dünyanın istənilən yerində amerikalıları öldürsəniz və ya təhdid etsəniz, sizi ovlayacaq və öldürəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp