Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-nin müharibə naziri Pit Heqset bölgədəki mövcud blokadanın davamlılığına və mümkün nəticələrinə toxunub.

İranın qarşısındakı seçimlərdən danışan Heqset deyib: “Danışıqlar aparan nümayəndələrimizin də dediyi kimi, siz İran firavan bir gələcək, qızıl körpü seçə bilərsiniz və biz ümid edirik ki, bunu İran xalqı üçün edəcəksiniz.”

Blokadanın davam edəcəyini bildirən Heqset deyib: “Bu arada, nə qədər davam etsə də, bu uğurlu blokadanı davam etdirəcəyik.”

Heqset sözlərini belə tamamlayıb: “Ancaq İran səhv seçim etsə, həm blokada, həm də infrastruktura, elektrik və enerjiyə yönəlmiş bombardmanlarla üzləşəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp