Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Əl-Cəzirənin məlumatına görə, fələstinli qrup Trampın təklifində yer alan mübadilə planı çərçivəsində İsrailin Qəzzaya qarşı müharibəsinə son qoymaq və İsrail qüvvələrinin bölgədən tam çıxmasını təmin etmək üçün bütün israilli əsirləri – həm sağ, həm də həlak olmuş – azad etməyə hazır olduğunu açıqladı.

Həmas təsdiq etdi ki, plan çərçivəsində hərəkat vasitəçilər vasitəsilə razılaşmanın təfərrüatlarını müzakirə etmək üçün danışıqlara başlamağa hazırdır.

Bundan əlavə, Qəzzənin idarəçiliyinin “Fələstin milli barışığı və ərəb-İslam dəstəyinə əsaslanan” müstəqil bir fələstinli texnokratlar hökumətinə verilməsi barədə razılığa gəlinib.

Həmas bildirib: “Prezident Trampın Qəzza Zolağının gələcəyi və fələstin xalqının qanuni hüquqları ilə bağlı təklifində yer alan digər məsələlər birləşmiş milli mövqe və müvafiq beynəlxalq qanunlar və qərarlarla əlaqədardır. Bunlar Həmasın məsuliyyətlə iştirak edib töhfə verəcəyi əhatəli bir fələstinli milli çərçivə vasitəsilə müzakirə olunacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp