Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Polşanın Vrotslav şəhərində Ukrayna vətəndaşlarına hücumla əlaqədar iki şübhəlinin saxlanıldığını, üçüncü şübhəlinin isə axtarıldığını açıqlayıb.

Sıbiha hadisənin bütün aspektləri üzrə qərəzsiz və hərtərəfli araşdırılmasını, cinayətin səbəblərinin müəyyən edilməsini və məsul şəxslərin ədalət qarşısına çıxarılmasını gözlədiklərini bildirib.

Hadisədən sonra göstərdikləri çevik reaksiyaya görə Polşa hakimiyyətinə, hüquq-mühafizə orqanlarına və Vrotslav şəhərinin meri Yatsek Sutrikə təşəkkür edən Sıbiha Ukraynanın prosesi yaxından izləməyə və zərərçəkmiş Ukrayna vətəndaşlarına zəruri konsulluq dəstəyi göstərməyə davam edəcəyini qeyd edib.

Sıbiha həmçinin bəzi polşalı siyasətçiləri ictimai gərginliyi artıra biləcək ritorikadan çəkinməyə çağıraraq, iki ölkə arasında dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə diqqət çəkib.

Ukrayna ilə Polşanın ortaq təhlükəsizlik maraqları istiqamətində əməkdaşlığı davam etdirməli olduğunu bildirən Sıbiha iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp