Herzog Qüdsdəki "Or Habib" sinaqoqunun yandırılmasına reaksiya verdi
Qüds, 8 iyun (Hibya) – İsrail Prezidenti İsaak Herzog Qüdsdəki "Or Habib" sinaqoqunun yandırılmasına reaksiya verib.
İsrail Prezidenti İsaak Herzog Qüdsdəki "Or Habib" sinaqoqunun yandırılmasına reaksiya verib.
Herzog deyib: “Müqəddəs kitabların yandırılması, sprey boya ilə xaç işarələrinin çəkilməsi və Qüdsdə baş ravvin İtsxak Yosefin sinaqoqunda Tövrat rulonlarının yandırılmasına cəhd iyrəncdir. Bu ağır nifrət cinayətinin araşdırılması və cinayətkarların ədalət qarşısına çıxarılması üçün sürətli və qətiyyətli tədbirlər görülməlidir.”
Azərbaycan İnformasiya Agentliyi