İran edamları iki günlüyün dayandırdı
Stokholm, 16 yanvar (Hibya) – İranın xarici işlər naziri Abbas Araqçi Fox News-a verdiyi müsahibədə bildirib ki, çərşənbə (ABŞ vaxtı ilə) və cümə axşamı günlərində heç bir etirazçı edam edilməyəcək.
Açıqlamadan az əvvəl insan haqları təşkilatı Hengaw etiraz hərəkatının aparıcı simalarından olan Erfan Soltaninin edamının dayandırıldığını elan edib.
Erfan Soltaninin çərşənbə günü edam edilməsi planlaşdırılırdı. ABŞ prezidenti Donald Tramp İranın etirazçıları edam edəcəyi təqdirdə cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq etmişdi.
Azərbaycan İnformasiya Agentliyi