İran və ABŞ razılaşmanın son mərhələsinə çatıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran ilə ABŞ arasında aparılan danışıqlarda 14 maddəlik memorandum layihəsinin son mərhələsinə çatıldığını açıqlayıb.
CCTV-nin xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran ilə ABŞ arasında aparılan danışıqlarda 14 maddəlik memorandum layihəsinin son mərhələsinə çatıldığını bildirib.
Bəqai layihədə İranın milli maraqlarına zərər verəcək maddələrin yer almadığını qeyd edərək, sanksiyaların ləğvi tələbinin də mətnə daxil edildiyini deyib.
ABŞ Prezidenti Donald Tramp isə iki ölkənin razılaşmaya “çox yaxın” olduğunu bildirib. CBS News-un məlumatına görə, layihədə Hörmüz boğazının yenidən açılması, bəzi İran aktivlərinin azad edilməsi və danışıqların davam etdirilməsi nəzərdə tutulur.
ABŞ Dövlət katibi Marko Rubio da İran ilə danışıqlarda irəliləyiş əldə olunduğunu, lakin Vaşinqtonun İranın nüvə silahı hazırlamaması ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi