Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Məhəmmədi qlobal neft qiymətlərinin münaqişələrin başlanmasından bəri 50 faiz artdığı bir dövrdə strateji boğazın vəziyyəti ilə bağlı açıqlamalar verib.

İran rəsmiləri ABŞ ilə yeni siyasi razılaşma üçün hazırda danışıqlar aparmaq niyyətində olmadıqlarını açıq şəkildə bildiriblər. Baş konsul Məhəmmədi iddia edib ki, ABŞ danışıqlar masasında olarkən müharibəyə başlayıb və Vaşinqtonun məqsədi razılaşma deyil, “şərtsiz təslimiyyəti məcbur etməkdir”.

Qeyd olunub ki, Hörmüz boğazındakı “xüsusi tədbirlər” yalnız İrana qarşı təhdidlər aradan qalxdıqda yumşaldıla bilər.

Açıqlamada bildirilib ki, mümkün sülh yalnız “yeni müharibələrin baş verməyəcəyinə və tarixin təkrarlanmayacağına zəmanət verilməsi ilə” mümkündür.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp