Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran tərəfindən İsrailin Tel-Əviv şəhərinə edilən raket hücumu nəticəsində bir nəfər həyatını itirib, iki nəfər yaralanıb.

İsrailin milli təcili yardım xidməti Magen David Adom (MDA) və İsrail Polisi tərəfindən verilən açıqlamada hücumda kaset tipli sursat daşıyan raketin istifadə olunduğu və Tel-Əvivdə bir neçə nöqtənin hədəf alındığı bildirilib.

Açıqlamada həyatını itirən şəxsin tikinti işçisi olduğu və partlayışdan sonra yayılan qəlpələrin dəyərək öldüyü qeyd olunub. Yaralanan iki nəfərin vəziyyətinin isə yüngül və orta səviyyədə olduğu bildirilib.

İsrail Müdafiə Qüvvələri İran tərəfindən daha bir ballistik raket hücumunun aşkar edildiyini açıqlayıb, həmçinin Qüds də daxil olmaqla bir çox bölgədə siqnalların səsləndiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp