Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qəza çərşənbə axşamı axşam saatlarında Barselona yaxınlığındakı Gelida qəsəbəsində baş verib. Qatar çökmüş divara çırpıldıqdan sonra relsdən çıxıb.

Kataloniya polisi İspaniya mediasına bildirib ki, qəza nəticəsində qatar sürücüsü həlak olub. 37 nəfər yaralanıb, onlardan azı dördünün vəziyyəti ağırdır.

Toqquşma zamanı qatar sürücüsünü üç təcrübəçi müşayiət edirdi. Xilasedicilərin təcrübəçilərdən birini dağıntılar altından çıxarması təxminən bir saat çəkib.

El Mundo qəzetinin yazdığına görə, gün ərzində Kataloniyada güclü yağış yağıb və bu da bölgənin dəmir yollarında müxtəlif insidentlərə səbəb olub.

Bazar axşamı isə İspaniyanın cənubunda, Adamuz yaxınlığında ciddi qatar qəzası baş vermiş, nəticədə azı 41 nəfər həlak olmuş və 150-dən çox insan yaralanmışdı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp