Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin açıqlamasında belə deyilib: “Bir zamanlar insanlar pis adamların kim olduğunu bilirdilər. Bu gün isə Qərbdə bəziləri cihadçı HƏMAS terrorçularının qəhrəman olduğu bir nağıl yaradıblar.”

Açıqlamada HƏMAS-a qarşı kütləvi qətllər, zorlama, adam oğurluğu, humanitar yardımların oğurlanması və mülki şəxslərin qorxudulması ilə bağlı ittihamlar irəli sürülüb. Həmçinin təşkilatın Qəzzanın gələcəyini təhlükəyə atdığı iddia edilərək bildirilib: “Kütləvi qətlin, zorlamanın, adam oğurluğunun, yardımların oğurlanmasının, mülki şəxslərin terrora məruz qoyulmasının və ya Qəzzanın gələcəyinin qurban verilməsinin qəhrəmanlıqla heç bir əlaqəsi yoxdur.”

HƏMAS-ın hakimiyyətdə qalacağı təqdirdə Qəzza üçün müsbət gələcəyin mümkün olmayacağını iddia edən İsrail açıqlamasını bu sözlərlə tamamlayıb: “HƏMAS hakimiyyətdə qaldığı müddətdə bu hekayənin xoşbəxt sonluğu olmayacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp