Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Avropa Şurası Parlament Assambleyasının prezidenti Petra Bayr ilə görüşüb. Görüşdə xüsusilə Qərbi Balkanlar bölgəsinə diqqət yetirilməklə, demokratiyanın, insan hüquqlarının qorunmasının və qanunun aliliyinin sülh, sabitlik və Avropa əməkdaşlığının əsasları kimi əhəmiyyəti müzakirə olunub.

Plenkoviç Xorvatiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyərək, Rusiyanın təcavüzünə görə məsuliyyət daşıyan şəxslərin cavabdehliyə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Xorvatiyanın Avropa Şurası ilə fəal və konstruktiv tərəfdaş olmağa davam edəcəyini bildirən Plenkoviç ortaq Avropa dəyərlərinin qorunması və demokratik institutların gücləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp