İsrail Somalilandı dövlət kimi tanıdı
Qüds, 26 dekabr (Hibya) – İsrailin Baş naziri Benyamin Netanyahu Somaliland Respublikasının müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanındığını elan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu Somaliland Respublikasını müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanıyıb və Somaliland Respublikasının Prezidenti ilə birgə bəyanat imzalayıb.
Bildirilib ki, bəyanat ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə imzalanmış İbrahim Sazişlərinin ruhuna uyğun olaraq hazırlanıb.
Netanyahu Somaliland Prezidenti Abdirahman Mohamed Abdallaha təbriklərini çatdıraraq, sabitlik və sülhün təşviqi istiqamətindəki qətiyyətini yüksək qiymətləndirib.
Baş nazir Netanyahu Prezident Abdallahi İsrailə rəsmi səfərə dəvət edib.
Azərbaycan İnformasiya Agentliyi