Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş Nazirlik Ofisinin açıqlamasında bildirilib ki, ABŞ-ın himayəsi altında fəaliyyət göstərən beynəlxalq mexanizm çərçivəsində planlaşdırıldığı kimi İsrail və Livan arasında Nakurada görüş baş tutub.

Açıqlamada qeyd olunub ki, Netanyahunun razılığı və Milli Təhlükəsizlik Şurasının müvəqqəti direktorunun göstərişi əsasında, Şuranın xarici siyasət üzrə direktor müavini doktor Yosef Dreznin görüşdə iştirak edib.

Açıqlamada deyilir: “Görüş Livan ordusu tərəfindən Hizbullahın tərksilah edilməsini təmin etməyə yönəlmiş təhlükəsizlik dialoqunun davamıdır. Danışıqlar zamanı Hizbullah təhlükəsinin aradan qaldırılması istiqamətində ortaq marağın vurğulanması və sərhədin hər iki tərəfində yaşayanlar üçün dayanıqlı təhlükəsizliyin təmin edilməsi məqsədilə iqtisadi layihələrin necə irəlilədilə biləcəyi müzakirə olunub.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp