Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Putin iştirak etdiyi proqramda 2025-ci illə bağlı qiymətləndirmələr verib.

Putin qeyd edib ki, hər şey 2014-cü ildə Ukraynadakı çevrilişlə və bütün problemlərin Minsk razılaşmaları ilə sülh yolu ilə həll oluna biləcəyi yanılğı ilə başlayıb. O deyib: “2022-ci ildə hər şey uçurumun kənarına gələndə, Kiyev rejimi Ukraynanın cənub-şərqində müharibə başlayanda, onlara belə dedik: baxın, biz bu tanınmayan respublikaları tanımağa məcbur olacağıq və siz insanların istədikləri kimi sülh içində yaşamalarına imkan versəniz daha yaxşı olar — çevrilişləriniz olmadan, rus düşmənçiliyi olmadan və s. Sadəcə qoşunlarınızı geri çəkin, vəssalam.”

Putin İstanbul danışıqlarından sonra əvvəlcə razılaşma əldə edildiyini, az qala imza atıldığını, amma sonra geri addım atıldığını və bütün bu razılaşmaların zibilə atıldığını söyləyib və əlavə edib:

“İndi mahiyyət etibarilə onlar bu münaqişəni sülh yolu ilə bitirməkdən imtina edirlər. Amma yenə də, Kiyev rejimi də daxil olmaqla, müəyyən bir dialoqa girməyə hazır olduqlarına dair bəzi siqnalları görür, hiss edir və bilirik. Demək istədiyim yeganə şey və bunu həmişə demişik: biz bu münaqişəni sülh yolları ilə, keçən ilin iyununda Rusiya Xarici İşlər Nazirliyində ümumiləşdirdiyim prinsiplər əsasında və bu böhrana gətirib çıxaran əsas səbəbləri aradan qaldırmaqla bitirməyə hazır və istəkliyik.”

Putin qeyd edib ki, bu il iqtisadi artımın 1 faiz olması, inflyasiya hədəflənməsi ilə bağlı hökumət, Mərkəzi Bank və ölkənin bütün rəhbərliyi tərəfindən qəsdən atılmış bir addım olub.

O əlavə edib ki, ümumilikdə bu məqsədə nail olunduğunu da qeyd etmək lazımdır: “Çünki inflyasiyanı ən azı 6 faizə endirmək hədəfi qoyulmuşdu. Lakin bütün göstəricilər ilin sonuna qədər onun 6 faizdən aşağı — təxminən 5,7–5,8 faiz olacağını göstərir. Ancaq iqtisadi artımın yavaşıması, iqtisadiyyatın və makroiqtisadi göstəricilərin keyfiyyətini qorumaq üçün ödənilən qəsdən atılmış bir addımdır.”

Putin deyib: “Biz də gələn il hərbi toqquşmalardan uzaq, sülh içində yaşamağı çox istərdik. Və təkrar edirəm: bütün mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyi çox istərdik və bunun üçün səylər göstəririk. Əlbəttə, düşünürəm ki, siz də razılaşarsınız, bir daha belə bir şeyin yaşanmaması və sülhün uzunömürlü, güclü və davamlı olması üçün münaqişənin əsas səbəblərini nəzərdən keçirməliyik. Biz də bunun üçün çalışacağıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp