Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədr müavini Kaja Kallas Rusiyanın Ukraynaya hücumları və Avropadakı hibrid fəaliyyətləri ilə bağlı açıqlama verib.

Kallas Rusiya hücumlarında iki gün ərzində 80-dən çox ukraynalı mülki şəxsin həyatını itirdiyini bildirərək, Rusiyanın Avropa İttifaqına üzv ölkələrə və NATO müttəfiqlərinə qarşı hibrid hücumlarını da artırdığını deyib.

Rus dizelinə tətbiq olunan sanksiyaların dayandırılmasının Moskvaya müharibəni davam etdirmək üçün daha çox gəlir təmin edəcəyini bildirən Kallas Rusiyaya təzyiqin azaldılması üçün doğru vaxt olmadığını qeyd edib.

Kallas Avropanın Rusiyaya təzyiqi davam etdirəcəyini bildirərək, Avropa İttifaqının xarici işlər nazirlərinin bazar ertəsi Rusiyanın müharibə mexanizmini hədəf alan və müharibənin başlanmasından bəri ən geniş yeni sanksiya siyahısını təsdiqləməyi planlaşdırdıqlarını deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp