Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının sədr müavini Kaja Kallas Polşanın Krakov şəhərində keçirilən E5 Müdafiə Nazirləri toplantısında Avropanın hərbi gücünü və müdafiə strategiyalarını dəyərləndirib.

Kallas deyib: “Avropanın təhlükəsizliyi son onilliklərin ən qeyri-müəyyən dövründədir. Əgər ölkələrimizi təhlükəsiz saxlamaq istəyiriksə, Avropanın hərbi gücünü gücləndirməliyik.”

Müdafiə xərclərinin artımına və ortaq layihələrin əhəmiyyətinə toxunan Kallas bildirib: “Biz artıq müdafiəyə rekord məbləğlər yatırırıq. Bu gün beş ölkənin Avropa səmasını qorumaq üçün aşağı maliyyətli hava hücumundan müdafiə sistemləri hazırlamaq qərarı öz müdafiəmiz üçün daha böyük məsuliyyət götürməyin nümunəsidir.”

 

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp