Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha verdiyi açıqlamada ölkəsinin müharibə zamanı ilk dəfə olaraq ağır yük daşıyan pilotsuz uçuş aparatından istifadə etməklə yaralı hərbçini hava yolu ilə təxliyə etdiyini bildirib.

Sıbiha Kupyansk cəbhəsində 30-cu Mexanikləşdirilmiş Briqadanın hərbçisi Kostiantın Vlasenkonun ağır yaralarına və həftələrlə tibbi yardım ala bilməməsinə baxmayaraq, 491 gün ərzində mövqeyini qoruduğunu qeyd edib. O bildirib ki, bir neçə Ukrayna bölməsinin iştirak etdiyi əməliyyat zamanı Ukrayna istehsalı olan və xüsusi olaraq uyğunlaşdırılmış dron hərbçini 120 metr yüksəkliyə qaldıraraq təhlükəsiz əraziyə daşıyıb. Daha sonra yerüstü robotlaşdırılmış nəqliyyat vasitəsi hərbçini tibbi vəziyyətinin sabitləşdirilməsi məntəqəsinə çatdırıb.

Sıbiha əməliyyatın Ukraynanın hərbi sahədə texnoloji yeniliklərini nümayiş etdirdiyini vurğulayaraq, ölkəsinin insan həyatını xilas etməyə yönəlmiş təcrübəsini Avropanın və dünyanın təhlükəsizliyini gücləndirmək məqsədilə tərəfdaşları ilə bölüşməyə hazır olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp