Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanın Ukraynaya hücumunun dördüncü ilinə daxil olarkən strateji vəziyyət və davam edən diplomatik proseslərlə bağlı açıqlama verib.

Moskvanın müharibə hədəflərinə çatmadığını vurğulayan Kallas deyib: “Müharibənin dördüncü ilində Moskva strateji məqsədlərinin heç birinə nail ola bilməyib. Sülh danışıqlarında təzyiqin Ukrayna üzərində cəmləndiyi görünür.”

Davamlı sülhün yalnız Rusiyanın geri addım atması ilə mümkün olacağını bildirən Kallas əlavə edib: “Əgər bu müharibənin başa çatmasını və sülhün davamlı olmasını istəyiriksə, Rusiyadan güzəştlər görməliyik.”

Ali Nümayəndə Kallas qeyd edib: “Sülhün qarşısındakı maneə Ukrayna ordusu deyil, Rusiya ordusudur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp