Meksikanın ən çox axtarılan narkobaronu El Menço öldürüldü
Meksikanın ən çox axtarılan şəxsi, “Jalisco Yeni Nəsil” (CJNG) narkokartelinin lideri Nemesio Oseguera Servantes əməliyyat nəticəsində öldürülüb.
BBC-nin məlumatına görə, “El Menço” kimi tanınan Nemesio Oseguera Servantes bazar günü Xalisko ştatında keçirilən hərbi əməliyyat zamanı öldürülüb.
ABŞ daha əvvəl El Mençonun tutulması üçün 15 milyon dollar mükafat təklif etmişdi.
ABŞ Dövlət Departamenti Xalisko və Tamaulipas ştatlarında, eləcə də Miçoakan, Gerrero və Nuevo Leon ştatlarının bəzi bölgələrində evdə qalmaq barədə xəbərdarlıq edib.
Azərbaycan İnformasiya Agentliyi