Karni: Əfqan xalqına humanitar dəstək göstərməyə hazırıq
Ottava, 1 sentyabr (Hibya) - Kanada Baş naziri Mark Karni, Əfqanıstanda baş verən 6.0 maqnitudalı zəlzələdən sonra ölkəsinin humanitar dəstək göstərməyə hazır olduğunu bildirib.
Kanada Baş naziri Karni, Əfqanıstandakı 6.0 maqnitudalı zəlzələdən sonra baş verənləri dəhşətli adlandırıb.
O bildirib ki, yüzlərlə insan həyatını itirib, ailələr köçkün düşüb və cəmiyyət ağlasığmaz çətinliklərlə üzləşib. “Kanada tərəfdaşları vasitəsilə Əfqan xalqına bərpa və yenidənqurma prosesində humanitar dəstək göstərməyə hazırdır,” – deyə Karni qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi