Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

4-6 noyabr tarixlərində Qətərdə keçiriləcək Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinin açılışı çərçivəsində Qətər və BMT-yə məxsus bayraqlar bazar günü səhər Qətər Milli Konqres Mərkəzində qaldırılıb. Mərasimdə Qətər Xarici İşlər Nazirliyinin Baş katibi Dr. Əhməd bin Həsən Əl Həmmadi, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş katib müavini Li Junhua, yüksək vəzifəli qətərli rəsmilər və BMT nümayəndələri iştirak ediblər.

Dr. Əl Həmmadi Qətərin sammitə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O, Kopenhagen şəhərində keçirilən ilk sosial sammitdən bəri 30 il keçdiyini xatırladaraq, bu sammitin Qətərin inklüziv və dayanıqlı sosial inkişafa, bütün xalqların sosial ədaləti və rifahı naminə çoxtərəfli əməkdaşlığa sadiqliyini əks etdirdiyini vurğulayıb. Əl Həmmadi əlavə edib ki, sammit sosial inkişafla bağlı qlobal dialoqu irəlilətmək və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək üçün mühüm fürsət yaradır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp