Konqo Demokratik Respublikasında Ebola hallarının sayı 2 min 900-ü keçib
Kinşasa, 25 iyul (Hibya) – Konqo Demokratik Respublikası (KDR) Səhiyyə Nazirliyi ölkə üzrə təsdiqlənmiş Ebola hallarının sayının 2 min 905-ə, epidemiya nəticəsində ölənlərin ümumi sayının isə 1 min 269-a çatdığını açıqlayıb.
CCTV-nin məlumatına görə, nazirlik bildirib ki, ümumi göstəricilərdəki artımın əsas səbəbi çərşənbə günü ölkənin şərqində yerləşən İturi və Şimali Kivu əyalətlərinin məlumat bazalarının milli sistemə inteqrasiya edilməsidir. Buna görə də rəqəmlər yalnız son 24 saatda qeydə alınan yeni halları əks etdirmir.
Məlumata əsasən, çərşənbə günü 97 yeni yoluxma və 62 ölüm halı qeydə alınıb. Ümumilikdə 519 xəstə sağalıb, 722 xəstənin isə müalicə və təcrid prosesi davam edir.
Epidemiyadan zərər çəkmiş Tşopo əyalətinin paytaxtı Kisanganiyə səfər edən Baş nazir Cudit Suminva Tuluka bildirib ki, xəstələrin əksəriyyəti yalnız ağır simptomlar yarandıqdan sonra tibb müəssisələrinə müraciət edir və bu da müalicə prosesini çətinləşdirir.
Tuluka qeyd edib ki, şübhəli halların tibbi yardıma daha erkən çıxışını təmin etmək məqsədilə ictimai məlumatlandırma və maarifləndirmə tədbirləri genişləndiriləcək.
Azərbaycan İnformasiya Agentliyi