Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Aİ-nin Bərabərlik, Hazırlıq və Böhranların İdarə Olunması üzrə komissarı Hadja Lahbib Suriyadakı humanitar vəziyyət və atəşkəs prosesi ilə bağlı açıqlama verib.

Atəşkəsin uzadılmasından sonra humanitar dəhlizin açılmasına toxunan Lahbib deyib: «Atəşkəsin 15 gün uzadılması ilə Suriyanın şimal-şərqində humanitar yardım dəhlizi açılıb. Həyat xilas edən yardım və mülki şəxslərin təxliyəsi üçün maneəsiz çıxışa təcili ehtiyac var».

Beynəlxalq hüququn əhəmiyyətini vurğulayan Lahbib açıqlamasını belə tamamlayıb: «Beynəlxalq humanitar hüquqa hörmət danışıqlar mövzusu deyil».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp