Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Sıbiha portuqaliyalı həmkarı Paulo Rangel ilə görüş keçirib.

Rusiyanın hücumlarının nəticələri və Ukraynanın təcili ehtiyacları barədə məlumat verən Sıbiha bildirib: “Rusiya mülki əhaliyə qarşı terrorunu gücləndirmək üçün qəsdən sərt hava şəraitindən istifadə edir.”

Sıbiha qeyd edib ki, danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi də daxil olmaqla, mülki əhalinin qorunması və kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyan enerji və hərbi dəstəyin artırılması yollarına diqqət yetirilib.

O, həmçinin döyüş meydanındakı vəziyyət, davam edən sülh səyləri və Ukrayna ilə Avropanın qalan hissəsi üçün gələcək təhlükəsizlik arxitekturası məsələləri ətrafında fikir mübadiləsi aparıldığını bildirərək əlavə edib: “Paulo’ya və Portuqaliyaya sarsılmaz dəstəkləri və həmrəyliyinə görə minnətdaram.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp