Laricani: Hücuma cavab vermək hüququmuzdan istifadə etməyə davam edəcəyik
Tehran, 7 mart (Hibya) - İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bölgədəki hücumlara cavab verməyin İranın haqqı olduğunu vurğulayaraq region ölkələrini xəbərdar etdi.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricani açıqlamasında düşmən hücumlarına cavab verməyin İranın haqqı və dəyişməz siyasəti olduğunu bildirib. Laricani əlavə edib ki, region ölkələri ABŞ-nin İran əleyhinə istifadə edə biləcəyi bazaları əngəlləməlidir, əks halda İranın təkbaşına cavab verməkdən başqa seçimi qalmayacaq.
Azərbaycan İnformasiya Agentliyi