Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT-nin Baş katibi Quterreş qadın hüquqlarının insan hüquqları olduğunu vurğulayaraq qadınlar və qız uşaqlarına investisiyanın əhəmiyyətinə diqqət çəkib.

Quterreş bildirib ki, qadın və qız uşaqlarına investisiya qoymaq dünyanı daha yaxşı yerə çevirməyin ən güclü yollarından biridir.

Bununla belə Quterreş gender bərabərliyi sahəsində əldə olunan irəliləyişin yavaş və qeyri-bərabər olduğunu bildirərək dünyanın ehtiyac duyduğu bərabərliyə nail olmaq üçün hərəkətə keçilməli olduğunu deyib.

Quterreş qadınlar və qız uşaqlarının dünyanı dəyişdirdiyini vurğulayaraq çağırış edib: “Gəlin dünyanı qadınlar və qız uşaqları üçün dəyişdirək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp