Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiyanın xarici işlər naziri TASS-a verdiyi müsahibədə deyib: «Ümid edirəm ki, bu müsahibəni izləyəcək Avropadakı ləng düşüncəli siyasətçilər üçün bir daha təkrar edirəm: Rusiyanın kiməsə hücum edəcəyindən qorxmağa ehtiyac yoxdur».

Eyni zamanda o vurğulayıb: «Əgər kimsə Rusiyaya hücum etməyə qərar versə, cavab sarsıdıcı olacaq».

Lavrov xatırladıb ki, «Rusiya Prezidenti Vladimir Putin bunu dəfələrlə açıq şəkildə bəyan edib».

Rusiya Prezidenti Putin daha əvvəl Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirildiyi təqdirdə «təəccüblü bir cavab» veriləcəyini demişdi.

Putin 2023-cü ildə bildirmişdi: «Raket buraxılışının aşkar edildiyi andan etibarən, haradan buraxılmasından asılı olmayaraq — okeanların istənilən nöqtəsindən və ya istənilən bölgədən — yüzlərlə raketimiz əks-hücum kimi havada peyda olur və heç bir düşmənin sağ qalmaq şansı qalmır. Bu isə eyni anda bir neçə cəbhədə baş verir».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp