Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Braziliya Prezidenti Luiz Inasio Lula da Silva Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı apardığını bildirib.

ABŞ tərəfindən irəli sürülən Sülh Şurası təklifi barədə müzakirə apardıqlarını qeyd edən Lula da Silva deyib: «Bu kontekstdə biz Birləşmiş Millətlər Təşkilatının gücləndirilməsini müdafiə edirik və sülh və təhlükəsizlik təşəbbüslərinin Təhlükəsizlik Şurasının səlahiyyətləri, həmçinin BMT Nizamnaməsinin prinsip və məqsədləri ilə uyğun olmalı olduğu barədə həmfikrik».

Lula da Silva Venesueladakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıqlarını, beynəlxalq hüquqa zidd güc tətbiqini pislədiklərini, eyni zamanda Cənubi Amerikada və dünyada sülh və sabitliyin əhəmiyyətini vurğuladıqlarını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp