Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Dövlət katibi Marko Rubio və Finlandiyanın xarici işlər naziri Elina Valtonen iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Texnologiya və Rifah Sazişini və Kritik Minerallar üzrə Çərçivə Sazişini imzalayıblar.

Rubio sazişlərin imzalanmasından sonra verdiyi açıqlamada deyib: “İqtisadi və strateji əməkdaşlığımızı gücləndirəcək Texnologiya və Rifah Sazişi və Kritik Minerallar üzrə Çərçivə Sazişi imzaladıq.”

Finlandiya ilə kritik minerallar sahəsində tərəfdaşlığı məmnunluqla qarşıladığını bildirən Rubio ölkənin müdafiə investisiyalarını uzunmüddətli perspektivdə davam etdirmək öhdəliyinə də diqqət çəkib. Rubio Finlandiyanın bu sahələrdə əməkdaşlığının iki ölkə arasında iqtisadi və strateji əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp