Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Meloni görüşlə bağlı bildirib: “Bu, İtaliya-Kanada Genişləndirilmiş Əməkdaşlıq Fəaliyyət Planının icrasını nəzərdən keçirmək imkanı yaratdı.”

Görüşdə əsasən texnologiya, təhlükəsizlik və müdafiə sahələri başda olmaqla əməkdaşlıq məsələləri müzakirə olunub. Meloni deyib: “Kritik mineral tədarük zəncirlərinin dayanıqlığı və miqrant qaçaqmalçılığı ilə mübarizə məsələlərində G7 prioritetləri üzrə tam razılığı bir daha təsdiqlədik.”

Həmçinin Ukraynada “ədalətli sülhə ortaq bağlılıq” vurğulanıb, Körfəzdə sabitliyin təmin olunması və Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının əhəmiyyəti qeyd edilib. Tərəflərin Evian Zirvəsi öncəsi təmasları davam etdirmək barədə razılığa gəldiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp