NASA: Yaz bərabərliyi başladı
Vaşinqton, 20 mart (Hibya) – ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) yaz bərabərliyinin başladığını elan edib.
NASA yaz bərabərliyini qeyd edib.
Agentlik bildirib ki, bu gün Şimal yarımkürəsində yazın, Cənub yarımkürəsində isə payızın ilk günüdür və əlavə edib: “Bu gündən etibarən Günəş payız bərabərliyinə qədər Şimal yarımkürəsini daha birbaşa işıqlandıracaq.”
Azərbaycan İnformasiya Agentliyi