Netanyahu: Geniş əsaslı hökumət qurmağı hədəfləyirik
Qüds, 2 noyabr (Hibya) – İsrailin Baş naziri Benyamin Netanyahu Raam və Birgə Siyahı partiyalarından asılı olan hökumət istəmədiklərini bildirərək, “Terrorizmi dəstəkləməyən hər bir partiya ilə geniş əsaslı hökumət qurmağı hədəfləyirik” açıqlamasını verib.
İsrailin Baş naziri Netanyahu sosial media hesabında yaydığı açıqlamada hökumətin Raam və Birgə Siyahı partiyalarından asılı olmasını istəmədiklərini bildirib. Netanyahu sözügedən partiyaları terrorizmi dəstəkləməkdə və yəhudi dövlətinin mövcudluğunu inkar etməkdə ittiham edib.
Geniş əsaslı milli hökumət qurmaq üçün ilk gündən etibarən təşəbbüslər irəli sürdüklərini qeyd edən Netanyahu deyib: “Yəhudi seçicilərin açıq əksəriyyəti Likudu ən böyük partiya, məni isə növbəti hökumətə rəhbərlik edəcək baş nazir kimi seçib”.
Hökumət qurmaq məqsədlərinə toxunan Netanyahu bildirib: “Tərəfdaşlarımızla və terrorizmi dəstəkləməyən hər bir partiya ilə geniş əsaslı hökumət qurmağı hədəfləyirik. Bu məsələ ilə bağlı dialoqa açığam”.
Azərbaycan İnformasiya Agentliyi