Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Abbas Əraqçi Türkmənistanın paytaxtı Aşqabadda Prezident Sərdar Berdiməhəmmədovla görüşüb. Əraqçi həmçinin Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar aparıb.

Görüşlərin səmərəli keçdiyini bildirən Əraqçi iki ölkə arasındakı ortaq tarixin və dərin mədəni əlaqələrin əməkdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Qonşu ölkələrlə münasibətlərin prioritetləri arasında olduğunu vurğulayan Əraqçi Türkmənistanla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp