Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Saidov danışıq zamanı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. Tərəflər Özbəkistan və Pakistanın 2026–2027-ci illərdə təşkilatın müxtəlif orqanlarında üzərlərinə götürəcəkləri növbəli sədrliklər və qarşıdan gələn tədbirlərin gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı, eləcə də regional hadisələri müzakirə ediblər. Danışıq zamanı güclü siyasi dialoq və qarşılıqlı dəstək əsasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək əzmi bir daha təsdiqlənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp