Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın xarici işlər naziri İshaq Dar Lloyd’s Market Association (LMA) Birgə Müharibə Komitəsinin (Joint War Committee - JWC) Pakistanı müharibə riski sığortasının “Listed Areas” siyahısından çıxarmaq qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb.

Dar sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, bu qərar Pakistan hökumətinin səyləri və Pakistanın Londondakı Ali Komissarlığının koordinasiyası nəticəsində əldə olunmuş mühüm nailiyyətdir.

Dar qeyd edib ki, bu qərar beynəlxalq ictimaiyyətin Pakistana olan etimadının artdığını əks etdirir və proses boyunca konstruktiv əməkdaşlıq göstərən Lloyd’s rəsmilərinə də təşəkkür edib.

Dar əlavə edib ki, qərarın dəniz daşımaları və sığorta xərclərini azaltması, ticarəti asanlaşdırması və Pakistanın iqtisadi inkişafına töhfə verməsi gözlənilir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp