Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar Malayziyanın xarici işlər naziri Dato Seri Mohamad Hasan ilə telefon danışığı aparıb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, danışıq zamanı regional və beynəlxalq hadisələr dəyərləndirilib, Fələstin məsələsi, xüsusilə Şərqi Qüdsdəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Malayziyada keçiriləcək qarşıdan gələn ştat seçkiləri də müzakirə olunub. Dar Malayziya hökumətinə və xalqına uğurlar arzulayıb.

Dar Pakistanın ikitərəfli münasibətlərdə və çoxtərəfli platformalarda Malayziya ilə sıx əməkdaşlığı davam etdirmək əzmində olduğunu bir daha vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp