Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər İranın İordaniya və Küveytə yenidən həyata keçirdiyi hücumları pisləyərək bunların hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu bildirib.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında hücumların beynəlxalq hüququn, BMT Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin pozulması olduğu vurğulanıb.

Bəyanatda bildirilib ki, hücumların davam etməsi regionda gərginliyi artıracaq və təhlükəsizliklə sabitliyin təmin edilməsinə yönəlmiş siyasi və diplomatik səyləri zəiflədəcək.

Nazirlik regionun təhlükəsizliyini təhdid edən bütün hərbi əməliyyatların və hücumların dərhal və tam şəkildə dayandırılmasına, gərginliyi artıra biləcək addımlardan çəkinilməsinə, dialoq və danışıqlara qayıdılmasına və diplomatik təşəbbüslər nəticəsində əldə olunmuş razılaşmalara əməl edilməsinə çağırıb.

Qətər həmçinin İordaniya və Küveytlə tam həmrəylik nümayiş etdirdiyini bildirərək, hər iki ölkənin öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün atacağı addımları dəstəklədiyini bəyan edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp