Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, iki nazir regional və beynəlxalq inkişaflar barədə geniş fikir mübadiləsi aparıb. Tərəflər həmçinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı son vəziyyəti müzakirə ediblər.

Görüşdə Fələstindəki son vəziyyət də müzakirə olunub. İki nazir İordaniyanın Fələstində, xüsusilə Şərqi Qüdsdəki kritik vəziyyəti müzakirə etmək üçün ərəb və islam ölkələrinin toplantısını çağırmaq təşəbbüsünü alqışladıqlarını bildiriblər.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında tərəflərin regional inkişaflarla bağlı koordinasiyanı davam etdirmək və yaxın təmasda qalmaq barədə razılığa gəldiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp