Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının Pakistandakı səfiri Nəvaf bin Səid Əhməd Əl-Malkini qəbul edib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə son regional hadisələr ətraflı müzakirə olunub. Tərəflər bölgədə sülh və sabitliyin qorunması üçün dialoq və diplomatiyaya əsaslanan birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Pakistan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan köklü münasibətlər də müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qətiyyətlərini bir daha təsdiqləyiblər.

Pakistan və Səudiyyə Ərəbistanı ikitərəfli münasibətlərin hər iki ölkənin ortaq maraqları əsasında inkişaf etdirilməsi və regional sülhün dəstəklənməsi məqsədilə sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp