Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Pakistan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının altıncı iclası öncəsi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredovla görüş keçirib.

İki nazir Pakistan və Türkmənistan arasındakı köklü və qardaşlıq münasibətlərini nəzərdən keçirərək ticarət, investisiya, enerji, regional bağlantılar və xalqlar arasında mübadilə sahələrində əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.

Regional hadisələrin də müzakirə olunduğu görüşdə nazir Dar bölgədə davamlı sülh və sabitliyin təmin edilməsinin, eləcə də mövcud problemlərin həllinin yalnız dialoq və diplomatiya yolu ilə mümkün olduğunu vurğulayıb.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov isə Pakistanın regional sülh və sabitliyin təşviqində oynadığı konstruktiv roldan və davamlı diplomatik səylərindən məmnunluğunu ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp