Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Mohammad Ishaq Dar 2027-ci il Cənubi Asiya Oyunlarına hazırlıq çərçivəsində Rəhbər Komitənin iclasına sədrlik edib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Cənubi Asiya Olimpiya Komitəsi ilə koordinasiyalı şəkildə aparılan işlər çərçivəsində oyunların 4-11 aprel 2027-ci il tarixlərində keçirilməsi qərara alınıb.

İclasda Milli Koordinatorun təyin edilməsi, eləcə də Rəhbər, Təşkilat və Əyalət Komitələrinin yaradılması da təsdiqlənib. Ümumilikdə 28 idman növü üzrə keçiriləcək yarışlarda 6 mindən çox idmançı və rəsminin iştirak edəcəyi gözlənilir.

Oyunların İslamabadla yanaşı, Pəncab və Xayber Paxtunxva əyalətlərində keçirilməsi planlaşdırılır.

Dar hazırlıqların vaxtında tamamlanması, obyektlərin hazır vəziyyətə gətirilməsi və tədbirin uğurla təşkil olunması üçün aidiyyəti qurumlara koordinasiyalı şəkildə işləməyi tapşırıb.

Rəhbər Komitənin hazırlıqlardakı irəliləyişi qiymətləndirmək üçün hər ay toplaşması qərara alınıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp