Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Pakistan ərazisində Azərbaycanın 2 milyard ABŞ dolları həcmində investisiyasının həyata keçirilməsini müzakirə etmək üçün telefon danışığı aparıb.

İki lider ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edərək, onların daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Dar qarşılıqlı maraq doğuran sahələrdə Pakistan–Azərbaycan əməkdaşlığının gücləndirilməsi üçün yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.

Həmçinin Azərbaycan investisiyalarının Pakistan iqtisadiyyatının müəyyən edilmiş sektorlarına yönəldilməsini təmin edəcək mexanizmin yekunlaşdırılması barədə razılıq əldə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp