Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bağdasaryan Facebook paylaşımında yazıb: “Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramptan Sülh Şurasına təsisçi üzv kimi qatılmaq üçün rəsmi dəvət alıb.”

Daha sonra o, baş nazirin dəvəti qəbul etdiyini və ölkənin “sülhün təşviqi”nə sadiqliyini bir daha təsdiqlədiyini bildirib.

Həmin gün Amerika prezidenti, Fransa Sülh Şurasına qoşulmaqdan imtina edərsə, şəraba gömrük rüsumları tətbiq etməklə hədələyib, bu məhsullara 200 faiz vergi qoyacağını bildirib və daha sonra Fransa Prezidenti Emmanuel Makronun dəvətini qəbul edəcəyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov da yanvarın 19-da Rusiya Prezidenti Vladimir Putinin Qəzza zolağında həll üçün “Sülh Şurası”na qatılmaq məqsədilə ABŞ-dən dəvət aldığını açıqlayıb.

Yanvarın 14-də Axios ABŞ-nin Qəzza ilə bağlı “Sülh Şurası”na qatılmaq üçün bir sıra ölkələrə dəvətlər göndərdiyini bildirib. Yanvarın 15-də Amerika lideri “Sülh Şurası”nın formalaşdırılmasının başa çatdığını elan edərək, onun indiyədək yaradılmış ən böyük və ən nüfuzlu şura olduğunu vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp