Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın Baş naziri Andrej Plenkovic hökumətin Omis bölgəsindəki yanğınların nəticələrinin yüngülləşdirilməsi və dəymiş ziyanın aradan qaldırılması məqsədilə 20 milyon avro ayırmaq qərarına gəldiyini bildirib.

Plenkovic yanğından zərər çəkmiş vətəndaşlara və müəssisələrə dəstək göstərmək məqsədilə bütün aidiyyəti dövlət qurumlarının öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görəcəyini qeyd edib.

Zərər çəkmiş yerləşdirmə müəssisələrinin turizm vergisindən və turizm üzvlük haqlarından azad edilməsi istiqamətində iş aparılacağını bildirən Plenkovic, yanğın zamanı zədələnmiş tikililər üçün uyğun vergi tənzimləmələrinin hazırlanacağını deyib.

Yanğının bölgənin iqtisadiyyatına və əmək bazarına da təsir etdiyini qeyd edən Plenkovic məşğulluğun qorunmasına yönəlmiş tədbirlərlə yanaşı, vətəndaşlara sosial və psixoloji dəstəyin göstərilməsinin davam etdiriləcəyini açıqlayıb.

Kənd təsərrüfatı və meşə sahələrində dəymiş ziyanın müəyyən edilərək bərpa işlərinin planlaşdırılacağı, zədələnmiş binaların yenidən tikilməsi üçün istinad qiymətlərinin hazırlanacağı, mədəni irs obyektlərinə dəymiş ziyanın qiymətləndirilərək təcili mühafizə və bərpa işlərinin aparılacağı bildirilib.

Bundan əlavə, zədələnmiş yolların təmiri üçün zəruri işlərin görüləcəyi və yanğından zərər çəkmiş xorvatiyalı veteranlara və onların ailələrinə 500 avro məbləğində birdəfəlik pul yardımı veriləcəyi qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp