Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanını hədəf alan Husi hücumunu pisləyib.

Açıqlamada hücumun Səudiyyə Ərəbistanının suverenliyinin ciddi şəkildə pozulması olduğu və regional təhlükəsizliyi, mülki şəxslərin təhlükəsizliyini, mülki infrastrukturu və hava nəqliyyatını birbaşa təhdid etdiyi qeyd olunub.

Qətərin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik içində olduğu vurğulanan açıqlamada Krallığın suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və maraqlarını qorumaq üçün görə biləcəyi qanuni tədbirlərin dəstəkləndiyi bildirilib.

Nazirlik həmçinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin Qətərin təhlükəsizliyinin və Körfəz Əməkdaşlıq Şurasının kollektiv təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp